İsveçrənin Credit Suisse bankı cərimələndi
ABŞ-ın Federal Ehtiyatlar Sistemi (FRS) və İngiltərə Bankının Prudensial Tənzimləmə Təşkilatı İsveçrənin Credit Suisse (CS) bankını risklərin idarə edilməsi pozuntularına görə 387 milyon dollardan çox cərimələyib.
Valyuta.az xəbər verir ki, Prudensial Tənzimləmə Qurumunun hərəkətləri razılaşdırılmış qlobal qətnamənin bir hissəsidir.
İngiltərə Bankının bəyanatında vurğulanır ki, bu, Prudensial Tənzimləmə Qurumunun tətbiq etdiyi ən yüksək cəzadır və araşdırmanın tənzimləyicinin dörd əsas qaydasının pozulmasını aşkar etdiyi tək haldır.
Cərimə tətbiq edilməsinə səbəb bank tərəfindən 2020-ci il yanvarın 1-dən 31 mart 2021-ci il tarixinədək olan dövrdə risklərin idarə edilməsi sahəsində yol verilmiş ciddi qanun pozuntularıdır.
Bundan əvvəl məlum olub ki, İsveçrə parlamentinin komissiyası tərəfindən Credit Suisse bankının çökməsi ilə bağlı araşdırma zamanı toplanan sənədlər məxfilik baxımından 50 il müddətinə gizli saxlanılacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay