Yunanıstanda tarixin ən yüksək temperaturu qeydə alındı
Afina Milli Rəsədxanasının avtomatik meteoroloji stansiyalarının məlumatları göstərir ki, bazar günü, iyulun 23-də Yunanıstanda yeni maksimum temperatur rekordu qeydə alınıb - 46°.
Valyuta.az xəbər verir ki, bu barədə “Ekathimerini” məlumat yayıb.
Qeyd olunur ki, Yunanıstanın Peloponnes bölgəsində yerləşən Hitheio şəhərində mütləq maksimum temperatur 46°-yə çatıb.
Bu, Yunanıstanda 2006-cı ildə ölçmələr başlayandan bəri qeydə alınan ən yüksək temperaturdur.
Qeyd edək ki, 2023-cü il iyulun 3-ü dünyanın bütün müşahidələr tarixində ən isti gün olub. İtaliyada iyulun 19-da ölkədə bu yay üçüncü isti dalğası ilə əlaqədar "qırmızı həyəcan" elan edilən iri şəhərlərin sayı 20-dən 23-ə yüksəlib. Siciliyada havanın temperaturu 47°, Sardiniyada isə 46°-yə çatıb.
Eyni zamanda Ümumdünya Meteorologiya Təşkilatı (WMO) bildirib ki, dünya daha intensiv və həddindən artıq istilərə hazırlaşmalı və uyğunlaşmalıdır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay