Niderland: "Avropa Rusiyanın dondurulmuş aktivlərini müsadirə etməyə hələ hazır deyil"
Avropa İttifaqı (Aİ) Rusiyanın dondurulmuş aktivlərinə həbs qoyulması və onların Ukraynaya verilməsi ilə bağlı hələlik razılığa gəlməyib.
Valyuta.az xəvəe verir ki, bu barədə Niderlandın baş nazirinin xarici işlər və təhlükəsizlik üzrə müşaviri Cefri van Liven bildirib.
Səbəblər arasında o, Almaniyanın bununla razılaşmadığını göstərib: “Əslində biz hələ ki, aktivləri müsadirə edib, Ukraynaya verə biləcəyimiz mərhələyə çatmamışıq. Səbəblər Almaniyanın etirazlarında və məhkəməyə verilə biləcək hüquqi məsələlərdədir”.
May ayında Avropa Komissiyası Rusiya Federasiyasının dondurulmuş aktivlərinin müsadirə edilməsi və onların Ukraynaya verilməsi üçün hüquqi imkanların mövcudluğunu elan edib. Bununla belə, "Bloomberg"in məlumatına görə, Aİ Rusiyanın bütün dondurulmuş aktivlərinə qanuni olaraq həbs qoya bilməyəcəyi qənaətinə gəlib. Agentlik onu da yazıb ki, Avropa Mərkəzi Bankı bu halda Avropanın üzləşəcəyi risklər barədə xəbərdarlıq edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay