Litvanın əsas limanı Ukrayna taxılını yola salmağa hazırdır
Litvanın əsas limanı 10 milyon ton Ukrayna taxılını daşımağa hazırdır, lakin Baltik dənizi sahillərinə yüklərin çatdırılmasının logistikası çətin olaraq qalır.
Valyuta.az LRT-yə istinadla xəbər verir ki, bu barədə Klaypeda limanının baş direktoru Alqis Latakas bildirib.
“Böyük bir problem var, çünki bu, çox şeylərlə, müxtəlif ölkələrlə, fərqli razılaşmalarla, fərqli maraqlarla və s. ilə bağlıdır. Bu məsələ həll olunarsa, Klaypeda bu gün Ukrayna taxılının bir hissəsinə 100% xidmət göstərə biləcək”, - Latakas deyib.
Onun sözlərinə görə, limanın hazırkı gücü 10-15 milyon ton taxıl, o cümlədən Litva taxılının 3,5 milyon ton ixracını təşkil etməyə yetir.
Bundan əvvəl Xorvatiyanın Ukrayna taxılının ixracı üçün limanlarından və dəmir yolu infrastrukturundan istifadə etməyi təklif etdiyi bildirilirdi.
İyulun 17-də Rusiya Krım körpüsünün dəfələrlə partladılmasını əsas gətirərək, taxıl sazişindən çıxdığını rəsmən elan edib . Eyni zamanda, Moskva Qara dənizdə naviqasiya təhlükəsizliyinə dair təminatları geri götürüb.
Həmin gün Zelenski taxıl sazişinin işini rusların iştirakı olmadan - Türkiyə və BMT ilə birlikdə davam etdirməyi təklif edib.
Ötən ilin iyulunda BMT və Türkiyənin vasitəçiliyi ilə həyata keçirilən Qara Dəniz Taxıl Təşəbbüsü ərzaq ixracı üçün üç Ukrayna limanı açıb. Taxıl dəhlizinə 2022-ci il avqustun 1-dən start verilib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay