Ukrayna Dünya Bankının ölkəyə ayırdığı yardımın məbləğini açıqladı
Ukraynanın Energetika Nazirliyi bəyan edib ki, Dünya Bankı qışda isitmə dövründə Ukraynanın enerji sisteminin dayanıqlığını təmin etmək üçün 500 milyon dollar ayırmağı planlaşdırır.
Valyuta.az xəbər verir ki, bu barədə nazirliyin Telegram-kanalında deyilir.
"Vəsait istilik xidmətləri və elektrik enerjisinin ötürülməsi infrastrukturu üçün avadanlıqların alınmasına yönəldiləcək", - nəşr yazır.
İyulun 8-də Ukraynanın Energetika Nazirliyinin rəhbəri Herman Qaluşenko ölkədə energetika obyektlərinə 271 zərbənin qeydə alındığını, onların bəzilərini bərpa etmək mümkün olmadığını bildirib.
Bundan əvvəl Ukraynanın Energetika Nazirliyi ölkənin 9 rayonunda 300-dən çox yaşayış məntəqəsinin tufan səbəbindən işıqsız qaldığını bildirmişdi. Departament qeyd edib ki, ən çox Odessa, Çerniqov, Kirovoqrad və Poltava vilayətləri zərər çəkib. Bundan başqa, Kiyev, Dnepropetrovsk, Nikolayev, Çerkassı və Sumı vilayətlərində, eləcə də qondarma “Donetsk Xalq Respublikası”nın (DXR) Kiyevin nəzarətində olan ərazilərində istehlakçılar işıqsız qalıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay