Dünya
19.07.2023 / 14:06
Kataloniyada temperatur rekordu qeydə alındı
30518
İspaniyanın meteoroloji xidmətləri iyulun 18-də Kataloniya muxtar vilayətidə +45°C-dən yuxarı temperatur rekordu qeydə alıb.
Valyuta.az xəb ər verir ki, bu barədə “La Vanguardia” qəzeti məlumat yayıb.
Qəzetin yazdığına görə, Jirona əyalətinin Fiqeres şəhərində termometr +45,3°C-yə yüksəlib.
“20 Minutos” qəzeti onu da aydınlaşdırır ki, iyulun 17-də Aralıq dənizində Balear adaları yaxınlığında suyun səth temperaturu +29°C-ə çatıb ki, bu da rekord həddədir.
Demək olar ki, bütün İspaniya bu həftə həddindən artıq istilərlə üzləşib. Ölkənin dövlət meteorologiya qurumu hava ilə bağlı xəbərdarlıq səviyyəsini yüksəldib. Bir sıra əyalətlərdə o, maksimuma yüksəlib - qırmızı (fövqəladə təhlükə).
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay