Çin taxıl müqaviləsinin uzadılması ilə bağlı açıqlama verdi
Çin “balanslaşdırılmış və tam reallaşdırılmış” taxıl təşəbbüsünü dəstəkləyir və ərzaq təhlükəsizliyini təmin etmək üçün bütün tərəflərlə danışıqlara hazırdır.
Valyuta.az xəbər verir ki, bu barədə “Anadolu” agentliyi Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin Çin mətbuatına verdiyi məlumata istinadən məlumat yayıb.
“Çin ümid edir ki, Qara Dəniz Taxıl Təşəbbüsü balanslaşdırılmış və tam şəkildə həyata keçirilməyə davam edəcək”, - Mao Ninq bildirib.
O, həmçinin qeyd edib ki, Çin ərzaq təhlükəsizliyi sahəsində beynəlxalq əməkdaşlıq üçün öz təşəbbüslərini irəli sürüb.
"Çin tərəfi daha böyük beynəlxalq konsensusu təşviq etmək və qlobal ərzaq təhlükəsizliyini təmin etmək üçün bütün tərəflərlə əlaqə və əməkdaşlığı gücləndirməyə hazırdır", - Mao deyib.
Qeyd edək ki, bir il əvvəl, iyulun 22-də Ukrayna limanlarının blokdan çıxarılması və Ukrayna taxılının ixracına dair saziş imzalanıb. Rusiya bir neçə dəfə sazişdən çıxmaqla hədələyib və nəticədə iyulun 17-də təşəbbüsdən çəkildiyini və bu məsələ ilə bağlı danışıqları bərpa etmək planının olmadığını açıqlayıb.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan müqavilənin müddətini uzatmaq arzusunda olduğunu və bu məsələni Rusiya prezidenti Putinlə görüşdə müzakirə etməyi planlaşdırdığını bildirib.
Eyni zamanda, Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın taxıl sazişindən çıxmasını şərh edərək, Türkiyə və BMT-yə Ukrayna taxılını işğalçı ölkə olmadan dünyanın digər ölkələrinə çatdırmaq təşəbbüsünü genişləndirməyi təklif edib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay