Dünya
18.07.2023 / 09:52
Türk lirəsi bütün zamanların ən aşağı səviyyəsinə düşdü
30463
"Taxıl sazişi"nin ləğvi xəbərləri fonunda türk lirəsi rekord həddə düşüb.
Valyuta.az xəbər verir ki, Türkiyənin milli valyutası iyulun 17-də dollar və avro qarşısında tarixi minimumunu yeniləyib. İndi lirə 1 dollar 26,35, 1 avro isə 29,57 səviyyəsində ticarət olunur.
İyulun 17-də Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, bazar ertəsi "taxıl sazişi" üzrə Qara dəniz sazişləri faktiki olaraq qüvvəsini itirib. Kreml sözçüsünün sözlərinə görə, "taxıl sazişi"nə dair razılaşmaların Rusiya hissəsi hələ də yerinə yetirilməyib. Daha sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib ki, Moskva "taxıl müqaviləsi"nin uzadılmasına etirazı ilə bağlı Türkiyə, Ukrayna və BMT-ni xəbərdar edib.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay