Almaniya iqtisadiyyatı çöküşdə: Nə gözlənilir?
2023-cü ilin sonuna qədər Almaniya iqtisadiyyatı keçən illə müqayisədə ən azı 0,3% kiçilə bilər.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” "Bundesbank"ın yeni proqnozuna istinadən məlumat yayıb.
"Yüksək inflyasiyanın mənfi təsirləri səbəbindən vətəndaşların alıcılıq qabiliyyəti aşağı düşməkdə davam edir", deyə "Bundesbank" prezidenti Yoahim Nagel bildirib.
Onun sözlərinə görə, vətəndaşların alıcılıq qabiliyyətinin dəyişməsi proqnoza yenidən baxılmasına səbəb olub ki, bu da əvvəllər ilin sonunda ölkədə ÜDM-in 0,3%-dən çox olmayan azalmasını nəzərdə tuturdu. Lakin ölkə iqtisadiyyatının bərpası daha da uzana bilər, ona görə də proqnoza düzəlişlər edilib.
"Bundesbank" əlavə edib ki, yaxın illərdə vəziyyət yaxşılaşmağa başlayacaq. Belə ki, 2024-cü ildə Almaniyanın ÜDM-i 1,2%, 2025-ci ildə isə iqtisadi artım 1,3% olacaq. Eyni zamanda, belə göstəricilərə əmək haqqının artması, daxili əmək bazarının güclənməsi və avronun möhkəmlənməsi hesabına nail olunacaq.
İyunun 17-də Alman Sənaye Federasiyasının (BDI) prezidenti Ziqfrid Russvurm bildirib ki, Avropa İttifaqının (Aİ) ən böyük iqtisadiyyatı - Almaniya bu il durğunluqla üzləşəcək və bu, ümumi daxili məhsulun (ÜDM) sıfır artımını nəzərdə tutur. Cari ilin yekunlarına görə, Almaniya bu göstəricidə dünya iqtisadiyyatından geri qalacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay