Adambaşına düşən dövlət borcuna görə bu üç ölkə liderdir
2022-ci ilin sonunda adambaşına dövlət borcunun artımında lider mövqeləri Sinqapur, ABŞ və Yaponiya tutur. Rusiya bu siyahıda 94-cü yerə keçib.
Valyuta.az xəbər verir ki, bu barədə "RİA Novosti" BMT-nin məlumatlarının öz təhlilinə istinadən yazıb.
Keçən il digər dövlətlərdən böyük fərqlə adambaşına düşən dövlət borcu 117,4 min dollara çatan Sinqapur olub. İkinci yeri 93 min dollarla ABŞ tutub. İlk üçlüyü 88,4 min dollar nəticə ilə Yaponiya qapayır.
BMT-nin məlumatına görə, Rusiya 2,98 min dollar göstərici ilə 94-cü yerdə qərarlaşıb. Eyni zamanda, Maliyyə Nazirliyi və Rosstatın məlumatlarına əsasən, 22,8 trilyon rubl dövlət borcu ilə bu rəqəm adambaşına 155,8 min rubl təşkil edib ki, bu da cari məzənnə ilə 2,2 min dollara uyğundur.
İyunun 21-də Bloomberg xəbər verib ki, bu il mayın sonuna qədər Böyük Britaniyada dövlət xərclərinin ümumi həcmi büdcə gəlirlərini 20 milyard funt-sterlinq və ya 25,5 milyard dollar üstələyib. Belə yüksək göstərici 1961-ci ildən bəri qeydə alınmayıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay