Finlandiyada müflis olan şirkətlərin sayı kəskin artıb - REKORD
2023-cü ilin yanvar-iyun ayları arasında Finlandiyada 1325 şirkət müflis olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,3% çoxdur.
Valyuta.az xəbər verir ki, bu barədə "Aamulehti" yazır.
İlin birinci yarısında Finlandiyada 1325 şirkət müflis olub ki, bu da son 10 ilin rekord göstəricisidir. Eyni zamanda, birinci rübdə 687 təşkilat müflis olubsa, artıq ikinci rübdə bu rəqəm 638-ə düşüb.
Finlandiya Statistika İdarəsinin məlumatına görə, yanvar-may ayları arasında 1393 iflas hadisəsi qeydə alınıb. Ancaq onlardan bəziləri rədd edilib. Ən çox firma tikinti və ticarət sahəsində müflis olub.
Nəşr onu da əlavə edib ki, ötən ilin sonunda Avropa İttifaqı firmaların müflisləşmə sürəti üzrə son 8 ilin rekordunu qeydə alıb. Eyni zamanda təşkilatların bağlanması tendensiyası bu il də davam edəcək. Beləliklə, artıq 2023-cü ilin birinci rübündə Avropada müflis olmuş firmaların sayı 2022-ci ilin 4-cü rübü ilə müqayisədə 2,8% artıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay