Sanksiyalar fonunda Rusiya Hindistanın ən böyük tərəfdaşları cərgəsinə daxil oldu
Risyanın Ukraynaya müdaxiləsi ilə əlaqədar tətbiq edilən kütləvi anti-Rusiya sanksiyaları fonunda Rusiya Hindistanın ən böyük ticarət tərəfdaşına çevrilib.
Valyuta.az xəbər verir ki, Hindistanın Ticarət və Sənaye Nazirliyi yanvar-may aylarında ikitərəfli ticarətin həcmi 3,8 dəfə artaraq rekord həddə - 27,1 milyard dollara çatan yeni statistik məlumatları açıqlayıb.
Hesabat dövründə Rusiyadan Hindistana idxal 3,8 dəfə artaraq 27,1 milyard dollar təşkil edib. Hindistandan Rusiyaya ixrac da artım göstərib - hesabat dövründə 2,6 dəfə artaraq 639 milyon dollara çatıb.
Hindistana mal idxal edən ölkələr arasında Rusiya Çindən sonra ikinci yerdədir.
Qeyd edək ki, Rusiyanın Ukraynaya təcavüzündən və sonrakı sanksiyalardan sonra Hindistan Rusiya neftinin və ona ciddi endirimlə satılan neft məhsullarının əsas alıcılarından birinə çevrilib.
“Rosneft” Hindistan Neft Şirkəti ilə “Hindistana neft tədarükünün əhəmiyyətli dərəcədə artırılması” haqqında müqavilə bağlayıb.
2023-cü il mayın 11-də bildirilib ki, Ukraynadakı müharibə ili ərzində Hindistan Rusiya neftinin idxalını 10 dəfə artırıb.
2023-cü ilin iyun ayında Hindistanın Rusiya neftinin idxalını əhəmiyyətli dərəcədə artırdığı bildirildi. 2023-cü ildə Hindistanın Rusiya xam neft idxalındakı payı Rusiyanın Ukraynaya təcavüzündən əvvəlki 2 faizlə müqayisədə 10 dəfə artaraq 20 faizə çatıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay