Taxıl sazişindən çıxmaq Rusiya üçün necə nəticələnəcək? - ABŞ açıqladı
Taxıl sazişindən çıxmaq Rusiyaya gələcəkdə diplomatik cəhətdən çox baha başa gələcək.
Valyuta.az xəbər verir ki, bu sözləri "CBS News"a müsahibəsində ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan deyib.
Putinin müqaviləni uzada biləcəyinə dair bir işarə görüb-görmədiklərini soruşduqda, o sualdan yayınıb. "Vladimir Putinin nə edəcəyini proqnozlaşdıra bilmirəm. Son aylar o, "bütün istiqamətlərdə" bu təşəbbüsdə olub", - o deyib.
Sallivan hesab edir ki, həm Rusiya Federasiyasının taxıl təşəbbüsündən çıxması, həm də bu təşəbbüsdə iştirakını davam etdirməsi ehtimalı var.
“Əgər o, müqavilədən çıxsa, dünyanın qalan hissəsi buna baxıb deyəcək ki, Rusiya qlobal Cənubi, Afrika, Latın Amerikası və Asiya ölkələrinin ehtiyac duyduqları ərzaqları münasib qiymətə əldə edə bilməsinə qarşı çıxıb. Və düşünürəm ki, gələcəkdə bu, Rusiyaya böyük diplomatik cəhətdən baha başa gələcək. Ona görə də bu, Vladimir Putinin öz seçimidir. Biz istənilən senariyə hazırıq və bununla bağlı ukraynalılarla yaxından işləyirik”, - deyə Baydenin müşaviri bildirib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay