İnsan fəaliyyəti okeanların rəngini dəyişib
Son 20 ildə Yer okeanlarının 56%-nin rəngi kəskin şəkildə dəyişib və dəyişiklikləri təbii səbəblərlə izah etmək mümkün deyil.
Valyuta.az xəbər verir ki, "Nature" jurnalında dərc olunan araşdırmaya görə, bu, çox güman insan fəaliyyəti ilə bağlıdır və qida zəncirlərini poza bilər.
Massaçusets Texnologiya İnstitutunun alimləri Aqua peykindən 2002-ci ildən 2022-ci ilə qədər olan məlumatları təhlil ediblər. Cihaz insan gözünə görünməyən rəng dəyişikliklərini ayırd edə bilib.
Alimlər müəyyən ediblər ki, ekvator yaxınlığındakı tropik okeanlar son iyirmi ildə yaşıllaşıb. Bu o deməkdir ki, suda mikroskopik fotosintetik orqanizmlər olan fitoplanktonun miqdarı artıb. Onlar qida zəncirlərinin əsasını təşkil edirlər, buna görə də balıqların, dəniz quşlarının və məməlilərin həyatı fitoplanktonun rifahından asılıdır. Okeanların rənginin dəyişməsi onların "karbon anbarı" kimi fəaliyyət göstərmə qabiliyyətinə də təsir edəcək.
Araşdrımanın müəllifləri atmosfer çirkləndikdə okeanlarda nə baş verdiyini öyrənmək üçün iqlim dəyişikliyi modellərindən istifadə ediblər. Model atmosferdə istixana qazlarının nisbətinin artmasının okeanların 50%-nin rənginin dəyişməsinə səbəb ola biləcəyini göstərib.
Tədqiqatçılar hələ də bu dəyişikliklərin nə demək olduğunu müəyyən etmək üçün çalışsalar da, dəyişikliklərin insan fəaliyyəti nəticəsində baş verdiyinin aydın olduğunu deyirlər:
“Bütün dəyişikliklər ekosistemlərin təbii təşkilində balanssızlığa səbəb olur. Okeanlarımız istiləşməyə davam edərsə, bu disbalans zamanla daha da pisləşəcək”.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay