Ölümsüzlük axtarışında olan İT milyonçusu bu qidalara nifrət edir
İT sənayesi milyoneri, 45 yaşlı Brian Conson bioloji yaşını dəyişdirmək üçün ciddi bir pəhriz saxladığını, lakin pizza və kökə kimi qidalara maraq göstərmədiyini açıqlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Business" Insider məlumat yayıb.
"Mənə "çit-mila”lar lazım deyil (insan adi pəhrizdən kənar hər hansı bir yemək yediyi günlər. –red.). Hamı elə bilir ki, mən pizza və ya kökə istəyirəm. Bu yeməklər haqqında fikirləşəndə ürəyim bulanır”, - o deyib.
Conson onu da bildirib ki, çoxundan fərqli olaraq ciddi pəhrizindən, idmanından və yuxu rejimindən razıdır və bu ona ildə 2 milyon dollara başa gəlir.
“Hamı mənim bədbəxt olduğumu düşünür. Güman edirlər ki, bu, bir növ həbsxana həyatıdır. Mən həyatım boyu heç vaxt bu qədər xoşbəxt, daha məmnun olmamışam. Əvvəlki versiyama yazığım gəlir”, - deyə o, əmin edib.
Consonun ciddi pəhrizi hər gün tam olaraq 1977 kalori istehlak etməyi nəzərdə tutur. O, yeməkləri vaxt çərçivələri ilə məhdudlaşdırır - hər gün yalnız səhər saat 6-dan 11-ə qədər. Uzunömürlülük həm də gündəlik məşq etmək və çoxlu sayda qida əlavələri qəbul etmək deməkdir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay