İyun ayında Rusiyanın tədiyyə balansı son üç ildə ilk dəfə mənfi oldu
2023-cü ilin iyun ayında Rusiya Federasiyasının tədiyə balansının cari hesabı mənfi olub və 1,4 milyard dollar təşkil edib.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiyanın "İnterfaks" agentliyi Rusiya Mərkəzi Bankının hesablamalarına istinadən məlumat yayıb.
Bu, digər məsələlərlə yanaşı, mövsümi amilin təsiri ilə - Rusiya şirkətləri tərəfindən dividendlərin elan edilməsi ilə izah olunur. Rusiya Bankı qeyd edir: "Bu vəziyyət əvvəlki illərin oxşar dövrlərində Rusiya ixracı üçün əlverişsiz qiymət mühiti ilə müşahidə edilib”.
Rusiya Federasiyasında ay ərzində cari hesabın mənfi saldosu sonuncu dəfə üç il əvvəl müşahidə olunub. 2020-ci ilin avqustunda kəsir 1,4 milyard dollar, 2020-ci ilin iyununda isə 4,4 milyard dollar olub.
“Forbes” Mərkəzi Banka istinadən yazır ki, malların xarici ticarət balansının profisitinin azalması ixrac tədarüklərinin azalması və Rusiyanın əsas ixrac mallarının qiymət mühitinin pisləşməsi ilə bağlıdır. İxracın ümumi dəyərinin azalmasına ən böyük töhfəni enerji məhsulları verib, - açıqlamalardan belə çıxır.
Mərkəzi Bank izah edib ki, xidmətlər üzrə xarici ticarət balansında kəsir xidmət idxalının bərpası, o cümlədən turizm mövsümünün əvvəlində Rusiya vətəndaşlarının xarici səfərlərinin canlanması nəticəsində artıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay