Rusiyaya qarşı sanksiyalara görə ölkələr qızıllarını qaytarmağa başladı
Qərb dövlətlərinin Rusiyaya qarşı sanksiyalar tətbiq etməsindən sonra getdikcə daha çox ölkə qızıl ehtiyatlarını qaytarmağa başlayıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Amerikanın “Invesco” investisiya şirkətinin mərkəzi bankları və suveren fondlar arasında keçirdiyi sorğunun məlumatlarına istinadən xəbər yayıb.
Sorğuya əsasən, 85 suveren fondun və 57 mərkəzi bankın 85%-dən çoxu inflyasiyanın yaxın onillikdə keçmişlə müqayisədə daha yüksək olacağına inanır. Qərbin keçən il Rusiyanın 640 milyard dollarlıq valyuta ehtiyatlarının demək olar ki, yarısını dondurması mərkəzi bankların böyük bir hissəsini narahat edən presedent yaradıb.
Eyni zamanda, respondentlərin 60%-i Qərbin qoyduğu presedentin yalnız qızılın cəlbediciliyini artırdığını düşünür. Bundan əlavə, bu il respondentlərin 68%-i qızılı evdə saxlamağa başladıqlarını bildirib. 2020-ci ildə sorğu iştirakçılarının 50%-i qızıl ehtiyatlarını saxlayıb.
Çətin geosiyasi vəziyyət bəzi mərkəzi bankların qızıl aktivlərini təhlükəsiz sığınacaq kimi saxlamaq üçün öz ölkələrinə qaytarmasına səbəb olub. Bundan əlavə, sorğuda iştirak edənlərin 80%-i yaxın onillikdə geosiyasi gərginliyin əsas risk olacağı qənaətindədir.
Aprelin 22-də “The Epoch Times” qəzeti yazıb ki , Çinin mərkəzi bankı son beş ayda qızıl ehtiyatlarını artırır, eyni zamanda ABŞ-ın istiqrazlarını azaldır.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay