Məşhur ABŞ şirkəti Avropa Birliyinin proqramına sərmayə qoyacaq
ABŞ-ın məşhur "Broadcom" şirkəti İspaniyada yarımkeçirici çip istehsalı sənayesini inkişaf etdirmək üçün Avropa Birliyi tərəfindən maliyyələşdirilən proqrama sərmayə qoyacaq.
Valyuta.az "Reuters"ə istinadən xəbər verir ki, İspaniyanın İqtisadiyyat Nazirliyi bəyanatında "Broadcom"un iştirak edəcəyi layihənin bir milyard dollar dəyərində ola biləcəyini açıqlayıb. Ancaq şirkətin özü sənayeyə nə qədər sərmayə yatıracağı haqda ətraflı məlumat verməyib. Nazirlik, hələlik heç bir yer seçilmədiyini, ancaq layihə üçün Avropada unikal olacaq genişmiqyaslı arxa yarımkeçirici qurğuların istehsalı üçün zavod tikiləcəyini bildirib. İspaniya hökuməti yarımkeçirici çip sənayesinin inkişafına subsidiya vermək üçün Avropa Birliyinin pandemiyaya qarşı yardım fondlarından 12 milyard avro (13 milyard dollar) ayıracağını bildirib.
İspaniya hökuməti daha əvvəl ABŞ-ın texnologiya nəhəngi "Cisco Systems Inc"in ölkənin şimal-şərqində yerləşən Barselona şəhərində yeni çip dizayn mərkəzi açmağı planlaşdırdığını bildirmişdi .
Bu addımla AB öz çip sənayesini gücləndirməyə, qlobal yarımkeçirici çip qıtlığını və tədarük zəncirində ABŞ ilə Asiyadan asılılığını azaltmağa çalışır.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay