Rusiyada dollar və avro yeni ticarət rekordlarına imza atdı
Amerika və Avropa valyutaları rubla nisbətdə yenidən bahalaşıb. Moskva birjasının məlumatına görə, dollar 92 rubldan, avro 100 rubldan yuxarı qiymətə satılır.
Valyuta.az xəbər verir ki, dollar sonuncu dəfə birjada 2022-ci ilin martında bu qədər baha olub.
Ötən həftə rubl kəskin şəkildə zəifləməyə başlayıb. Rusiya Bankı izah edib ki, rublun hazırkı ucuzlaşması əsasən ticarət balansının azalması ilə bağlıdır. Tənzimləyici sədrinin birinci müavini Kseniya Yudaevanın sözlərinə görə, ötən gün tədiyə balansı ilə bağlı məlumatlar dərc edilib. Rusiya Federasiyasının Mərkəzi Bankı cari balansda ötən illə müqayisədə əhəmiyyətli dərəcədə azalma görür. Bu, öz növbəsində, xammalın qiymətlərinin aşağı düşməsi səbəbindən ixrac gəlirlərinin azalması ilə bağlıdır, - deyə Mərkəzi Bankın nümayəndəsi izah edib.
Eyni zamanda, Yudaeva əlavə edib ki, idxal iqtisadi artım fonunda bərpa olunur. Tənzimləyicinin sədr müavini qeyd edib ki, son il yarım ərzində valyuta bazarının strukturu əhəmiyyətli dərəcədə dəyişib: yuan aparıcı bazara çevrilib, dollar və avro bazarlarının likvidliyi isə azalıb. O, həmçinin vurğulayıb ki, Rusiya valyuta bazarında vəziyyəti əhəmiyyətli dərəcədə “dağıdan” əməliyyatların olması barədə danışmaq mümkün deyil.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay