Rublun ucuzlaşmasının Rusiya iqtisadiyyatına faydası var - Xalid Kərimli
“Rus rublu ucuzlaşmaqdadır. Burada sanksiyaların, eyni zamanda enerji qiymətlərinin ucuzlaşmasının da rolu var”.
Bunu Valyuta.az-a iqtisadçı ekspert Xalid Kərimli deyib. O, bunun Rusiya üçün ciddi təhlükə olduğunu düşünmədiyini qeyd edib:
“Hətta müharibə başlayıb, sanksiyalar işə düşəndə Rusiya iqtisadiyyatı 12%-dən çox azalma gözlənilirdi. Amma bu azalma 2%-dən çox oldu. Rusiya iqtisadiyyatının 3-4% artacağı proqnozlaşdırılırdı. Hətta birinci rübdən sonra artım proqnozları daha da artırıldı. İlin əvvəlindən göstərirdilər ki, Rusiya iqtisadiyyatı yerində sayacaq, yəni neytral olacaq, sonradan bu 2%, indisə 4%-ə artacağını qeyd edirlər”.
Xalid Kərimli Rusiya iqtisadiyyatının böyüdüyünü vurğulayıb:
“Burada əmtəə qiymətlərinin yüksəlməsi, Rusiya şirkətlərinin sürətli şəkildə Qərbdən-Şərqə və Cənuba istiqamətlənməsi də rol oynayır. Rusiya biznesi, Rusiya iqtisadiyyatı sanksiylara maksimal şəkildə adaptasiya olunmağa çalışır. Rublun dəyər itirməsi Rusiya iqtisadiyyatı üçün indiki məqamda yaxşıdır. Çünki enerji qiymətləri düşdüyünə görə ölkənin gəlirləri aşağı düşür. Rubl bir qədər ucuzlaşmaqla ixracatın stimullaşdırır ki, iqtisadiyyat böyüsün, məşğulluq problemi yaranmasın”.
Ekspert hesab edir ki, indiki halda Rusiyada rublun ucuzlaşması iqtisadiyyatın dəstəklənməsinə, ixracatın artmasına gətirib çıxaran məsələdir.
Aylin
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay