Ruslar taxıl dəhlizini bağlasalar, Ukrayna ixracı necə xilas edəcək? - B planı
Rusiya növbəti dəfə Ukraynadan dəniz taxıl ixracını əngəlləməklə hədələyir. Alternativ olaraq Dunayda hərəkəti artırmaq olar. Rumıniya bununla razılaşacaqmı?
Valyuta.az xəbər verir ki, yaxın ayda Dunay limanları vasitəsilə taxıl və yağlı bitkilərin ixracı ayda 1 milyondan 3 milyon tona qədər arta bilər.
Bu haqda 30 iyunda jurnalistlərlə görüşdə icmaların, ərazilərin və infrastrukturun inkişafı nazirinin müavini Yuri Vaskov bildirib.
Bu marşrut Ukrayna, BMT, Türkiyə və Rusiya arasında Ukrayna kənd təsərrüfatı məhsullarının təhlükəsiz ixracına dair sazişin bağlanmasından sonra yaranan Taxıl Dəhlizinə alternativ ola bilər. Təşəbbüs iyulun 17-dək qüvvədədir və Rusiyanın onu yeniləməkdən imtina etməsi riski böyükdür.
Ukrayna Dunay limanlarının inkişafına arxalanır. Rumıniyanın nəzarətində olan Sulina kanalı vasitəsilə ixracı artırmaq mümkündür. Bunun üçün üç şərt onun gecə-gündüz işləməsini təmin etmək, Rumıniyanın ərazi sularında reyd daşımalarını açmaq və gələcəkdə Ukraynanın nəzarətində olan Bıstorenin ağzını genişləndirməkdir.
Layihə artıq Avropa Komissiyası ilə razılaşdırılıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay