Dollar 2022-ci il martın sonundan bəri ilk dəfə 90, avro 98 rublu ötdü
ABŞ dolları və avro bir gün əvvəl ticarət nəticələrinə görə ucuzlaşdıqdan sonra Moskva birjasında bu gün günortadan sonra yenidən güclü artıma başlayıb.
Valyuta.az xəbər verir ki, Amerika milli valyutası 2022-ci il martın 28-dən bəri ilk dəfə 90 rublu, avro isə 29 mart 2022-ci ildən bəri ilk dəfə 98 rublu ötüb.
Moskva vaxtı ilə saat 14:33-də dolların məzənnəsi əvvəlki günün bağlanış səviyyəsinə 1,23 rubl əlavə edərək 89,93 rubl təşkil edib. Bir az əvvəl dollar 90,04 rubla qədər bahalaşıb.
Eyni zamanda, avro 98,09 rubl civarında ticarət edilib - üstəgəl əvvəlki bağlanış səviyyəsinə 1,45 rubl.
BCS Mir Investments-in fond bazarı üzrə eksperti Mixail Zeltserin İnterfax-a verdiyi məlumata görə, məzənnənin dəyişkənliyi hazırda çox yüksəkdir və dəstək amilləri, bazarda valyuta təklifi hələ də kifayət qədər deyil.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay