Putin yeni qlobal böhran və yeni münaqişlərlə bağlı xəbərdarlıq etdi
İnkişaf etmiş ölkələrin borclarının yığılması dünyada yeni münaqişələr və qlobal böhran riskini artırır.
Valyuta.az xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, geosiyasi ziddiyyətlər getdikcə kəskinləşir, beynəlxalq təhlükəsizlik sistemi deqradasiyaya uğramaqda davam edir, inkişaf etmiş ölkələrdə borcların nəzarətsiz yığılması, sosial təbəqələşmə və artan iqtisadi vəziyyət fonunda yeni qlobal iqtisadi-maliyyə böhranı və dünyada yoxsulluq riskləri artır.
Bundan əlavə, Rusiya lideri ərzaq və ekoloji təhlükəsizliyin pisləşməsinə diqqət çəkib.
Putin qeyd edib ki, bütün bu sadalanan problemlər birlikdə münaqişə potensialının nəzərəçarpacaq dərəcədə artmasına gətirib çıxarır. Prezidentin qeyd etdiyi kimi, Rusiya bütün bunları özü üçün hiss edir.
Putin eyni çıxışı zamanı bəyan edib ki, ŞƏT ədalətli və çoxqütblü dünya nizamının yaradılmasına sadiqdir.
İyulun 4-də Yeni Dehlidə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının sammiti öz işinə başlayıb .
“Təhlükəsizliyə doğru” mövzusunda sammit virtual rejimdə keçirilir. Hindistanın baş naziri Narendra Modi ŞƏT liderlərinin iclasını açacaq, o, həmçinin təşkilatın rəhbərləri şurasının iclasının sədri olacaq.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay