Rusiyalıların əlində olan nağd valyutanın həcmi kəskin şəkildə azalıb
2023-cü ilin yanvar-mart aylarının yekunlarına görə, rusiyalıların əlində olan nağd xarici valyutanın həcmi 17,8 milyard rubl azalıb.
Valyuta.az xəbər verir ki, bu barədə RBC Mərkəzi Bankın statistikasına istinadən yazır.
Eyni zamanda, tənzimləyicinin məlumatlarına görə, eyni dövrdə əhalinin əlində rublla olan nağd pulun həcmi 300,6 milyard artıb. Ümumilikdə, aprel ayına qədər nağd pullar ev təsərrüfatlarının maliyyə aktivlərinin 17%-ni təşkil edib ki, bu da 22,5 trilyon rubl dəyərində qiymətləndirilir.
Xarici valyuta depozitləri və hesabları üzrə rusiyalılar 1 may 2023-cü il tarixinə 13%-ni “toksik olmayan” valyutalarda yerləşdiriblər. “Zəhərli” valyutalar 87% təşkil edib.
Rusiyalıların əlindəki nağd pulun həcminə görə rekord 2023-cü il fevralın 1-də qeydə alınıb. Onda bu rəqəm 7,33 trilyon rubl və ya 105,4 milyard dollar olub. Bu, 2018-ci ildən bəri ilk dəfə olaraq mövcud statistikanın bütün dövrü üçün maksimum olub. Tənzimləyicinin məlumatına görə, ötən il iyulun 1-dən dekabrın 1-dək ev təsərrüfatlarında olan nağd xarici valyutanın məbləği 4,3 milyard dollar artıb.
Qeyd edək ki, 2022-ci ilin martında Avropa İttifaqı və ABŞ Rusiyaya nağd dollar və avronun idxalına embarqo qoyub. Öz növbəsində Mərkəzi Bank hesablardan və depozitlərdən nağd xarici pul vəsaitlərinin çıxarılmasına məhdudiyyətlər tətbiq edib.
İndi rusiyalılar 2022-ci il martın 9-dan əvvəl pul yatırılıbsa, 10 min dollardan çox olmayan məbləği və ya avro ekvivalentini ala bilərlər. Həmçinin nağd dollar və avro almaq olar. Aprelin 9-dan sonra bankların kassalarına gələnləri almaq mümkündür. Artıq məhdudiyyətlər iki dəfə uzadılıb.
Mərkəzi Bankın sədri Elvira Nabiullina iyunun 16-da Sankt-Peterburq İqtisadi Forumunun kuluarlarında bildirib ki, hazırda Rusiyada nağd valyuta satışına qoyulan məhdudiyyətləri aradan qaldırmaq mümkün deyil.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay