Si Szinpin ŞƏT-in iclasında milli valyutalarla bağlı təkliflə çıxış etdi
Çinin sədri Si Szinpin assosiasiya ölkələri arasında ticarət hesablaşmalarında milli valyutaların payının artırılmasının zəruriliyini bəyan edib.
Valyuta.az TASS-a istinadla xəbər verir ki, o bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Dövlət Başçıları Şurasının 23-cü iclası zamanı danışıb.
“Təşkilat daxilində milli valyutalarla hesablaşmaların payının artırılmasını məqsədəuyğun hesab edirəm”, - Si Szinpin deyib.
O, çıxışı zamanı həmçinin bütün ŞƏT ölkələrini bir-birinin əsas maraqlarına hörmət etməyə çağırıb. O, təşkilatın rəngli inqilablara və kənar qüvvələrin müdaxiləsinə müqavimət göstərməli olduğunu vurğulayıb.
İyulun 4-də Yeni Dehlidə ŞƏT Dövlət Başçılarının Zirvə Toplantısı öz işinə başlayıb .
Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də Çin, Rusiya, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan liderləri tərəfindən təsis edilib. ŞƏT-ə daxil olan ölkələrin ümumi ərazisi Avrasiya ərazisinin 65%-ni təşkil edir. Təşkilatda doqquz ölkə təmsil olunur.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay