Rusiyanın dövlət borcu 2022-ci ildə kəskin artdı
2022-ci ildə Rusiyanın dövlət borcu rubl ekvivalentində 22,82 trilyon rubla çatıb.
Valyuta.az xəbər verir ki, bu barədə TASS Hesablama Palatasının rəyinə istinadən yazır.
Sənəddə deyilir ki, ötən ilin 12 ayı ərzində dövlət borcu təxminən 1,9 trilyon rubl və ya 9,1% artaraq Rusiya ÜDM-nin (ümumdaxili məhsul) 14,9%-ni təşkil edib. Rusiyanın 22,82 trilyon rubl dövlət borcunun 18,78 trilyon rublu daxili borcdur, 4,04 trilyon rublu isə xarici.
Ümumi dövlət borcunun ÜDM-ə nisbəti keçən il 0,6 faiz azalıb, dövlət borcuna xidmət xərcləri 2021-ci ildəki 1,08 trilyon rubldan 2022-ci ildə 1,33 trilyon rubla yüksəlib.
Rusiya prezidenti Vladimir Putin may ayında iqtisadi inkişaf naziri Maksim Reşetnikovla görüşündə Rusiya Federasiyasının dövlət borcunun göstəricilərini “yaxşı” adlandırıb. Onun sözlərinə görə, ABŞ -da bu göstərici 121,7%, Avrozonada isə 90,9% səviyyəsindədir. Məsələn, Almaniyada dövlət borcunun səviyyəsi 66,5%, Fransada 111,1 % təşkil edir.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay