ABŞ kəşfiyyatı Priqojinin rus ordusuna meydan oxumağı planlaşdırdığını bilirdi - CNN
ABŞ kəşfiyyatının nümayəndələri hesab edirlər ki, “Vaqner”in rəhbəri Yevgeni Priqojin xeyli müddətdir Rusiya hərbi rəhbərliyinə ciddi etiraz etməyi planlaşdırırmış Eyni zamanda, son məqsədin nə olacağı bəlli deyildi.
Valyuta.az CNN-ə istinadəb xəbər verir ki, bu həftənin əvvəlində kəşfiyyat rəsmiləri “Səkkizlik dəstəsi” kimi tanınan konqres liderlərinə "Vaqner"in Rusiya yaxınlığındakı hərəkətləri və avadanlıq ehtiyatı barədə məlumat veriblər.
Amerika və Qərb kəşfiyyatının nümayəndələri Priqojinin belə bir hərəkətə hazırlaşdığını göstərən əlamətlər görüblər. Bu barədə Qərb kəşfiyyatının bir nümayəndəsi və kəşfiyyatla tanış olan digər şəxs deyib.
Rəsmi, Priqojinin Ukraynadakı əməliyyatlar üçün sursat çatışmazlığı ilə bağlı iddialarının Rusiya rəhbərliyinə potensial hərbi çağırış məqsədilə zəmin yaratmağa kömək etmək üçsn qəsdən aldatma olduğuna inandıqlarını söylədi. Kəşfiyyatla tanış olan mənbə bildirib ki, “hər şey çox tez baş verib” və Priqojinin Rusiya hərbçilərinə qarşı hədələri nə dərəcədə ciddi qəbul etdiyini və qoşunlarını hara göndərəcəyini anlamaq çətindir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay