Dünya
24.06.2023 / 23:19
Lukaşenkonun Belarusdakı nüvə silahı üzərində nəzarəti olacaq? - Lavrovdan cavab
29760
Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Belarus ərazisində yerləşdiriləcək nüvə silahlarına nəzarəti özündə saxlayır.
Valyuta.az-ın məlumatına görə, Lavrov bəyan edib ki, Rusiya Federasiyası və Belarus Respublikası İttifaq dövlətinin üzvləri kimi Rusiyanın bəzi taktiki nüvə silahlarının Belarus ərazisində yerləşdirilməsi barədə razılığa gəlmək hüququna malikdirlər.
Eyni zamanda, Lavrov bildirib ki, nə Minsk, nə də Moskva “heç bir şəkildə heç bir beynəlxalq öhdəliyi, o cümlədən Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləni pozmur”.
O iddia edib ki, Rusiya Belarus ərazisində yerləşdiriləcək silahlara nəzarəti özündə saxlayır.
Paşa Məmmədli
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay