BAKU Azərbaycan
9.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
29725

Avropa İttifaqı Rusiyaya sanksiyalardan yayınmağa kömək edən ölkələri “cəzalandırmağa” imkan verəcək sanksiyalar arsenalını gücləndirməyə razılaşıb. 

Valyuta.az xəbər verir ki, bu barədə "Politico" yazır.

Eyni zamanda, nəşr vurğulayır ki, çox güman, Aİ bu “yeni sanksiya silahından” “istifadə etməyə” cəsarət etməyəcək.

“Avropa İttifaqının səfirləri bu həftə yeni mexanizm üzərində razılığa gəliblər: əgər üçüncü ölkələr Qərbin sanksiyalarına əməl etməsələr və ya Rusiya ilə qadağan olunmuş malların ticarətinin qəfil artmasını izah edə bilməsələr, onlar Aİ tərəfindən cəzalandırıla bilərlər”, – Politico yazır.

Yeni mexanizmə əsasən, Aİ malların siyahısını və bu malların artıq satıla bilməyəcəyi ölkələrin ayrıca siyahısını tərtib edə bilər. Lakin Aİ-də hamı bunun yaxşı addım olacağı ilə razılaşmır və bunun son çarə kimi qəbul edilməsində israr edir. Ölkələr, o cümlədən Almaniya belə bir mexanizmin diplomatik münasibətlərə xələl gətirəcəyindən və hətta “ölkələri Rusiya və Çinin qucağına almağa məcbur edəcəyindən” qorxur.

Avropalı diplomat nəşrə deyib: “Biz birbaşa böyük potensial risk daşıyan və bu şirkətləri, xüsusən də Mərkəzi Asiyada Putinin qucağına girməyə sövq edə biləcək cəza tədbirlərinə keçmək istəmirik”.

Bu qorxuları aradan qaldırmaq üçün Komissiya sənədin mətninə sanksiyaların yalnız son çarə kimi tətbiq ediləcəyini nəzərdə tutan əlavə təminatlar daxil edib. Ekspertlərin fikrincə, belə bir qərar Aİ-nin yeni sanksiya alətini faktiki olaraq səmərəsiz edir.

Aİ-nin yeni 11-ci anti-Rusiya sanksiyalar paketi bu ərəfədə qüvvəyə minib. Yeni paket üçüncü ölkələrdən olan 87 şirkət, 100 fiziki şəxs, bir sıra KİV və bəzi firmalar üçün məhdudiyyətlər nəzərdə tutur.

Rusiya Xarici İşlər Nazirliyi iyunun 23-də Aİ-nin tətbiq etdiyi 11-ci sanksiyalar paketinə cavab olaraq bildirib ki, Moskva Rusiya Federasiyasına girişi qadağan olunmuş Aİ nümayəndələrinin siyahısını xeyli genişləndirib.

Nicat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin