ABŞ-da növbəti ildə tənəzzülün baş verə bilər: ehtimal rekord 44% - WSJ
ABŞ iqtisadiyyatının tənəzzülə (resessiya) girməsi riskləri hələ də yüksəkdir.
Valyuta.az "The Wall Street Journal" (WSJ) qəzetinin sorğusunun nəticələrinə istinadən bildirir səviyyəsində qiymətləndirirlər.
Bu il WSJ artıq oxşar sorğular keçirib. Sonuncunun nəticələri sənaye analitiklərinin həyəcanverici əhval-ruhiyyəsinin kəskin artdığını göstərir. Məsələn, aprel ayında onlar ABŞ-da gələcək ildə tənəzzül risklərini 28%, yanvarda isə 18% ətrafında qiymətləndiriblər.
“İqtisadçılar <...> tənəzzül ehtimalını kəskin şəkildə artırıblar, indi növbəti 12 ayda 44% təşkil edir, bu, adətən yalnız faktiki tənəzzüllər astanasında və ya zamanı müşahidə olunur <...> Bundan əvvəl , iqtisadçılar orta hesabla yaxın 12 ayda iqtisadiyyatın tənəzzülə uğraması ehtimalını apreldə jurnalın son sorğusunda 28%, yanvarda isə 18% qiymətləndiriblər.
ABŞ-da tənəzzül risklərinin artmasının əsas səbəbləri güclü inflyasiya təzyiqi və Federal Ehtiyat Sisteminin (FRS) rəhbərliyinin monetar siyasətini sərtləşdirməsi olub.
İyunun 24-də ABŞ Maliyyə Nazirliyinin (MN) rəhbəri Canet Yellen iqtisadçıların rəyi ilə razılaşmayaraq, ölkədə tənəzzül riskinin azaldığını bəyan edib. Arqument kimi o, yerli əmək bazarının sabit vəziyyətini və inflyasiyanın tədricən aşağı düşməsini göstərib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay