\"Carlsberg Group\" \"Baltika\"nı satdı - Məşhur pivə brendi Rusiyadan gedir
Danimarkanın "Carlsberg Group" şirkəti "Baltika" pivə istehsalı şirkəti üçün yeni investor axtarışını başa çatdırıb və aktivlərin gələcək sahibi ilə müqavilə imzalayıb.
Valyuta.az xəbər verir ki, əməliyyat Rusiya Federasiyasının tənzimləyici orqanları tərəfindən təsdiqlənməlidir.
Məlumatda alıcının kimliyi göstərilməyib. "Sövdələşmə başa çatana qədər "Baltika" tərəfdaşlar qarşısında öhdəliklərini və işçilər üçün sosial təminatları qoruyaraq, cari rejimdə işləməyə davam edir", deyə şirkət qeyd edib.
28 mart 2022-ci ildə "Carlsberg Group" Rusiya bazarından çıxdığını və Rusiyanın Ukraynadakı hərbi əməliyyatı səbəbindən yerli aktivlərini satmaq niyyətini açıqlayıb. "Baltika" 50-dən çox brend istehsal edən "Baltika", "Don", "Arsenalnoe", "Zatecky Gus" və s. daxil olmaqla 8 fabrikdə işləyir. Bu yaz "Carlsberg Group" Rusiya biznesini yaydan əvvəl satmaq üçün müqavilə bağlamaq niyyətində olduğunu açıqlayıb.
“Kommersant”a daxil olan məlumatlara görə, 2022-ci ildə “Baltika”nın pivə içkiləri istehsalını illik müqayisədə 4,7% azalaraq, 197,42 milyon dekalitr təşkil edib. O, Rusiyada "AB InBev Efes"dən (223,29 mln. dekalitr, "Stariy Melnik iz keg", "Lowenbrau", "Hoegaarden", "Velkopopovicky Kozel" və s. brendlər) sonra ikinci yerdədir. 2022-ci ildə “Baltika”nın gəliri 22% artaraq 100,7 milyard rubla, xalis mənfəəti isə 86,1% artaraq 9,95 milyard rubla çatıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay