ABŞ sürətlə \"qocalır\" - Tarixin ən yüksək səviyyəsi...
ABŞ Siyahıyaalma Bürosunun məlumatına görə, ölkə əhalisinin orta yaşı tarixin ən yüksək səviyyəsinə çatıb.
Valyuta.az xəbər verir ki, Siyahıyaalma Bürosunun açıqladığı yeni statistik məlumatlar amerikalıların orta yaşının 38-dən yuxarı qalxdığını göstərir. Bu rəqəm 1980-ci ildə 30 yaş olub.
2022-ci ilin iyul ayına qədər olan dövrü əhatə edən məlumatlar göstərir ki, ABŞ əhalisi getdikcə qocalır və vətəndaşlar daha az uşaq sahibi olur.
Məlumatlara görə, orta yaş həddi ən yüksək olan ştatlar Men (44,8) və Nyu-Hempşir (43,3), ən aşağı ştatlar isə ölkədə ən yüksək doğum göstəriciləri olan Yuta (31,9) və Texasdır (35,5).
Ölkədəki asiyalıların sayı 2021-2022-ci illərdə 2,4 faiz, ispanlar 1,7 faiz, qaradərililər 0,9 faiz, ağlar isə 0,1 faiz artıb. Yerli Amerika əhalisi də 1,3 faiz çoxalıb.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay