“Naftoqaz” Krımdakı itkilərə görə Rusiyadan 5 milyard dollar təzminat alacaq
“Naftogaz” və qrupun 5 şirkəti Haaqa Daimi Arbitraj Məhkəməsi Arbitraj Tribunalının vurduğu ziyana və Krımda itirilmiş əmlaka görə Rusiya Federasiyasına 5 milyard dollar (faizlə birlikdə) təzminat ödəməsi barədə qərarını təsdiqləmək üçün ABŞ məhkəməsinə vəsatət qaldırıb.
Valyuta.az xəbər verir ki, bu barədə “Naftoqaz”ın mətbuat xidməti məlumat yayıb.
"Belə bir tələb arbitraj qərarlarının icra mexanizmi vasitəsilə icra oluna bilməsi səbəbindən mümkün olub. Buna görə də, 1958-ci il Nyu York Konvensiyasına əsasən, "Naftoqaz" qərarın tanınması və Rusiya Federasiyasının aktivlərinin yerləşdiyi dövlətlərin ərazisində icrasına icazə verilməsi prosesinə başlamaq hüququna malikdir”, - şirkət izah edib.
"Rusiya arbitraj qərarında nəzərdə tutulmuş vəsaiti könüllü olaraq "Naftoqaz"a ödəmədiyinə görə, biz bu vəsaitləri geri almaq üçün bütün mövcud mexanizmlərdən istifadə etmək niyyətindəyik. Hazırda ABŞ-da və digər məqsədyönlü yurisdiksiyalarda bunun üzərində işləyirik", - deyə “Naftogaz” Qrupunun rəhbəri Aleksey Çernışev bildirib.
“Naftogaz” əlavə edib ki, ABŞ qanunlarına əsasən, məhkəmə Nyu York Konvensiyasında təsbit edilmiş qərarın tanınması və ya icrasının rədd edilməsi və ya ləngitməsi üçün məhdud əsaslardan birinin olduğunu müəyyən etmədiyi halda, arbitraj qərarının təsdiqi məcburidir.
Eyni zamanda, arbitraj qərarına uyğun olaraq vəsaitin ödənilməməsinə görə nəzərdə tutulmuş faizlər məhkəmə qərarı ilə kompensasiya tam ödənilənə qədər hesablanmağa davam edir.
Xatırladaq ki, Haaqa Daimi Arbitraj Məhkəməsi nəzdində Arbitraj Tribunalı Rusiya Federasiyasına 2014-cü ildən başlayaraq Krımda "Naftoqaz"ın itkiləri və itirilmiş əmlakına görə 5 milyard dollar təzminat ödəməsi haqda qərar çıxarıb.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay