Almaniyadan “Şimal axını”nı təmir etməklə bağlı çağırış
Saksoniyanın baş naziri Mixael Kreçmer dağılmış “Şimal axını 1” qaz kəmərinin tezliklə təmir olunmasını istəyib.
Valyuta.az xəbər verir ki, o, belə bir bəyanatla "Welt TV"nin efirində çıxış edib.
“Bizim bu kəmərin təmizlənməsinə və təmirinə indi başlamamağımız üçün heç bir səbəb yoxdur”, - Kreçmer bildirib.
Siyasətçi federal hökumətdən boru kəmərlərinə hücumla bağlı bildikləri məlumatları açıqlamağı tələb edib. Kreçmerin sözlərinə görə, Almaniyada insanlar MKİ-nin Şimal axınında mümkün təxribat barədə xəbərdarlıq etməsi ilə bağlı alman hakimiyyətinin nə bildiyini öyrənmək istəyirlər.
Niderland Yayım Korporasiyası (NOS) bildirib ki, Niderland hərbi kəşfiyyatı MKİ-ni Ukraynanın “Şimal axını” boru kəmərlərini partlatmaq planları barədə məlumat verib. 2022-ci ilin iyununda isə Vaşinqton Ukrayna tərəfinə xəbərdarlıq edib.
Almaniyanın “Die Zeit” nəşrinin yazdığı iddiaya görə, “Şimal axını” qaz kəmərlərini Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnıya tabe olan altı Ukrayna xüsusi təyinatlısı partladıb. Ukraynanın Baş Kəşfiyyat İdarəsi Kiyevin “Şimal axını”nın dağıdılmasında iştirakını təkzib edib.
Rusiya Şimal axınında baş verən partlayışla bağlı beynəlxalq araşdırma aparılmasında israrlıdır.
2022-ci il sentyabrın 25-dən 26-na keçən gecə baş vermiş bir neçə partlayış nəticəsində “Şimal axını”nın iki qaz kəməri zədələnib.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay