Lukaşenko hökumətin qarşısına şərt qoydu: "Kişi kimi davranmaq lazımdır"
Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, ölkə hökuməti 2023-cü il üçün proqnozlaşdırılan iqtisadi göstəriciləri yerinə yetirməsə, istefaya göndəriləcək.
Valyuta.az xəbər verir ki, il üçün hədəf proqnozda ÜDM-in 3,8% artımı və 1,6 milyard dollarlıq xarici ticarət profisiti nəzərdə tutulur.
Bu mövzunu Lukaşenko iyunun 22-də Nazirlər Şurasının rəhbərliyi ilə keçirilən görüşdə qaldırıb. O, baş nazir Roman Qolovçenkoya deyib ki, onlar ictimai razılığa gəlsinlər: əgər proqnozda nəzərdə tutulan hədəflər yerinə yetirilməsə, hökumət istefaya göndəriləcək. Baş nazir bununla razılaşıb.
“Roman Aleksandroviç, gəlin belə bir ictimai razılaşma edək... Bu il əldə etdiyimiz hədəfləri yerinə yetirməsəniz, hamınız tam olaraq istefa verəcəksiniz. Budur, jurnalistlər görsün, insanlar başa düşsünlər... Siz bunu etsəniz sağ olun, ordenlər, mükafatlar alacaqsınız. Əgər etməsəniz, kişi kimi davranmaq lazımdır”, deyə Belarus prezidenti bildirib.
Qolovçenko bildirib ki, beş ay ərzində Belarus iqtisadiyyatı artıq hədəf artım trayektoriyasına çatıb. Onun sözlərinə görə, yanvar-aprel aylarında xarici iqtisadi balans 203 milyon dollar təşkil edib, ÜDM-in artımına ən böyük töhfəni sənayedə əlavə dəyərin artımı təmin edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay