Türkiyənin yeni Mərkəzi Bank sədrindən ilk addım: Lirəni nə gözləyir?
Türkiyə Mərkəzi Bankının (TCBM) Pul komitəsi Hafize Gaye Erkanın rəhbərliyi ilə ilk uçot faiz dərəcəsi (bir həftəlik repo faizi) qərarını açıqlayıb.
TCMB uçot faiz dərəcəsini 8.5%-dən 15.0%-ə qədər qaldırıb.
Valyuta.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərlinin fikrincə, bu addım nəticəsində lirə saitləşəcək, amma Türkiyə valyutasının dəyər qazanması, dolların ucuzlaşmasını təmin etmək mümkün olmayacaq:
“Uçot dərəcəsinin bu qədər artırılmasında məqsəd faizi artırmaqla lirənin məzənnəsini sabitləşdirməkdir. Əslində bir çox analitiklər uçot dərəcəsinin daha çox, azı 20 faizə qədər qaldırılacağını gözləyirdilər. Hətta 40-45 faizə qaldırılması vacib olduğunu söyləyənlər də var idi. Birjalar uçot dərəcəsinin artımına ani olaraq kəksin reaksiya verib. Gözləntilərdən aşağı qaldığına görə, türk lirəsi ucuzlaşmağa başladı. Gözləntilər o idi ki, faiz dərəcəsinin qalxması ilə lirənin məzənnəsində sabitlik yaranacaq. Bu addımla hökumət çalışacaq ki, lirənin dollara nisbətdə məzənnəsini 22-23 dollar səviyyəsində sabitləşdirə bilsinlər. Lirə saitləşəcək, lirənin dəyər qazanması, dolların ucuzlaşmasını təmin etmək mümkün olmayacaq”.
Ramiz
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay