ABŞ Ukraynaya infrastrukturun bərpası üçün 1,3 milyard dollar yardım göndərəcək
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya müharibə nəticəsində dağılmış elektrik şəbəkələri obyektlərinin təmiri, limanların, dəmir yollarının və digər infrastrukturun yenilənməsi üçün əlavə olaraq 1,3 milyard dollar yardım edəcək.
Valyuta.az bu barədə "Reuters"ə istinadən xəbər verir.
“Bərpa Ukraynanın təhlükəsiz, müstəqil, Avropaya tam inteqrasiya olunmuş və dünya bazarlarına qoşulmuş ölkə kimi çiçəklənməsi üçün təməlin qoyulmasıdır. ABŞ Konqresinin dəstəyi ilə biz Ukraynaya bu məqsədə çatmaqda kömək etmək üçün 1,3 milyard dollardan çox əlavə yardım göstərəcəyik”, deyə Blinken Londonda Ukraynanın yenidən qurulmasına dair konfransda bildirib.
Dövlət katibi qeyd edib ki, bu məbləğin 520 milyon dolları dağılmış elektrik şəbəkəsinin təmirinə, Ukrayna isə 657 milyon dolları sərhəd keçidlərinin, limanların, dəmir yollarının və digər mühüm infrastrukturun modernləşdirilməsinə sərf edəcək. Blinken əlavə edib ki, təxminən 100 milyon dollar "sürəti artırmaq və korrupsiyanı azaltmaq üçün" Ukraynanın gömrük sistemlərinin rəqəmsallaşdırılmasına, qalan 35 milyon dolları isə Kiyev biznesin dəstəklənməsinə ayıracaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay