Britaniya Dünya Bankından Ukraynaya 3 milyard dollar kredit vəd etdi
Böyük Britaniya hökuməti Dünya Bankından (DB) Ukraynaya ümumi məbləği 3 milyard dollar olan kredit yardımı göstərilməsinə zəmanət verir. Kiyev bu vəsaiti infrastrukturun və iqtisadiyyatın bərpası üçün alacaq.
Valyuta.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu sözləri baş nazir Rişi Sunak deyib.
Bundan əlavə, Böyük Britaniya Ukraynaya 240 milyon funt sterlinq və ya 306 milyon dollar məbləğində əlavə maliyyə dəstəyi verəcək. Vəsait bu ilin sonuna kimi minalardan təmizləmə, bərpa və enerji infrastrukturunun inkişafı üçün ayrılacaq.
“Böyük Britaniya Ukraynanın iqtisadi sabitliyini gücləndirmək üçün üç il ərzində Dünya Bankından 3 milyard dollar kredit almasına zəmanət verir <...> Böyük Britaniya bu il Ukraynaya minatəmizləmə və fəlakətlərə yardım dəstləri də daxil olmaqla proqramlar, həmçinin enerji layihələri üçün bu il 240 milyon funt sterlinq (306 milyon dollar) yardım təklif edəcək”, - materialda deyilir.
Aprelin 13-də Sky News kanalı Britaniya Xəzinədarlığının (MN) bəyanatına istinadən xəbər verib ki, Böyük Britaniya hökuməti Ukraynaya əlavə 500 milyon dollar kredit köçürməyə hazırdır. Vəsait ölkənin sosial və iqtisadi ehtiyaclarına, o cümlədən xəstəxanaların və məktəblərin saxlanması və əhalinin həssas təbəqələrinə dəstək işinə yönəldiləcək.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay