Himalay buzlaqlarının sürətlə əriyir: 1,9 milyard insan şirin sudan məhrum ola bilər
Himalay buzlaqlarının 2010-cu ildən əvvəlki onillikdən 65 faiz daha sürətli əriməsi və qlobal istiləşmə səbəbindən qar örtüyünün azalması regionda yaşayan 2 milyarda yaxın insanın şirin suya çıxışına mənfi təsir göstərə bilər.
Valyuta.az xəbər verir ki, Katmanduda yerləşən İnteqrasiya edilmiş Dağların İnkişafı üzrə Beynəlxalq Mərkəzin (ICIMOD) hesabatına görə, Himalay dağlarının buzlaqları görünməmiş sürətlə əriyir.
21-ci əsrdə istixana qazları tullantıları sürətlə azalmasa, Himalay buzlaqları öz həcminin 80 faizini itirə bilər.
Qarşıdakı illərdə Himalay dağlarında artması gözlənilən daşqınlar, uçqunlar və qar uçqunları ilə buz itkisinin sürətlənəcəyi gözlənilir. Bu vəziyyətin dağlar ətrafında yaşayan 240 milyon insana, eləcə də Hindistan, Pakistan, Çin və digər qonşu ölkələrdəki 1 milyard 650 milyon insana mənfi təsir göstərəcəyi təxmin edilir.
Buzlaqlar 2 milyarda yaxın insan üçün şirin su mənbəyi olan çayları qidalandırır.
Dağlıq bölgələrdə yaşayan əhali iqlim dəyişikliyindən dünyanın digər yerlərində yaşayanlara nisbətən daha çox təsirlənir.
İqlim dəyişikliyinin təsirləri bölgədə də görünməyə başlayıb. İlin əvvəlində Hindistanın dağlıq şəhəri Coşimat su basmağa başlayıb və sakinlər təxliyə edilib.
Qlobal istiləşmənin Hindukuş-Himalay bölgəsindəki buzlaqlara, qarlara və donmuş torpaqlara təsiri "görünməmiş və böyük ölçüdə geri dönməz" səviyyəyə çatıb.
Beynəlxalq Kriosfer İqlim Təşəbbüsünün (ICCI) direktoru Pam Pearson bildirib ki, ərimiş Himalay ətrafındakı bölgələrdə buzlaqları yenidən dondurmaq çox çətindir.
Dünyadakı buzlaqlarda intensiv ərimə olduğunu göstərən son araşdırmalar Everest dağının buzlaqlarının yalnız son 30 ildə 2000 illik buz itirdiyini müəyyən edib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay