Yaponiyada qızılın qiyməti rekord qırmaqda davam edir
Yaponiyada qızılın qiyməti rekord həddə çatıb.
Valyuta.az xəbər verir ki, Yaponiyanın ən böyük qiymətli metal ticarət şirkətlərindən biri olan Tanaka kikinzoku qızılın bir qramının qiymətini 9,876 yen (70,54 dollar) səviyyəsində müəyyən edib.
Belə ki, qızılın qiyməti bu ilin aprel ayı ilə müqayisədə 330 yen (2,36 dollar) və ya 3,4% artıb.
Qızılın bahalaşmasına bir sıra Amerika və Avropa banklarının müflis olması səbəb olub. Hazırda artımın davam etməsi yenanın ucuzlaşması ilə bağlı ola bilər.
Bir qədər əvvəl Yaponiya Maliyyə Nazirliyi 2023-cü ilin mayında Tokionun Rusiyadan taxıl idxalını ötən ilin eyni dövrü ilə müqayisədə 2098,7% artırdığını bildirib. Agentliyin məlumatına görə, ötən ay Yaponiya Rusiyadan tərəvəz idxalını 82% azaldıb, balıq və dəniz məhsulları idxalı isə 14,6% artıb.
Yaponiya hökumətinin məlumatına görə, bu ilin birinci rübündə Yaponiya iqtisadiyyatı artım göstərib ki, bu da səlahiyyətlilərin gözləntilərindən xeyli yüksək olub.
Nicat
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay