Rusiyanın ən böyük bankı Avropa bazarını tərk etdi
Rusiyanın “Sberbank”ı Avstriya bölməsinin satışını tamamlayaraq, Avropa bank bazarından tamamilə çıxıb.
Valyuta.az "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, "Abwicklung"da (keçmiş Sberbank Europe AG) "Sber Vermogensverwaltungs AG"nin 100%-i Stefan Zoxlinqin idarə etdiyi Avstriya şirkəti tərəfindən alınıb.
"Sberbank" qeyd edir ki, əməliyyat üçün bütün lazımi tənzimləyici təsdiqlər alınıb. Sövdələşmənin məbləği açıqlanmayıb.
"Avropadakı törəmə şirkətimiz "Sberbank Europe AG"nin xarici investora satılması dünyada mövcud vəziyyətlə əlaqədardır. Biz sövdələşmənin şərtlərindən razıyıq. "Sber" Rusiyada maliyyə xidmətlərinin inkişafına diqqət yetirir, burada 106 bankımız var", deyə "Sberbank" İdarə Heyəti sədrinin birinci müavini Aleksandr Vedyaxin qeyd edib.
Stefan Zoxlinq egzoz sistemlərinin istehsalı üzrə ixtisaslaşan Avstriyanın "Remus" şirkətinə rəhbərlik edir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay