AK Aİ proqramlarının inkişafı üçün Serbiyaya 1,5 milyon avro ayıracaq
Avropa Komissiyasının Genişlənmə və Qonşuluq üzrə Baş Direktorluğu ölkənin Avropa İttifaqı proqramlarında iştirakını dəstəkləmək üçün Serbiyaya maliyyə göndərəcək.
Valyuta.az xəbər verir ki, sənədə əsasən, AK-nin Genişlənmə və Qonşuluq üzrə Baş Direktorluğu Serbiyada Aİ vəsaitlərinin “səmərəli istifadəsini” təşviq etmək niyyətindədir. Bu məqsədlə avropalı mütəxəssislər ölkənin səlahiyyətli orqanları və milli əlaqə mərkəzləri ilə qarşılıqlı əlaqədə olacaqlar.
"Bu müqavilənin məqsədi Serbiya Respublikasında milli əlaqə nöqtələrini, müvafiq milli hakimiyyət orqanlarını, hökumət orqanlarını və inzibati strukturlarını dəstəkləməklə Aİ vəsaitlərinin sərf olunmasının səmərəliliyini artırmaqdır", deyə qeyd edilir.
Xüsusilə, söhbət təhsil, vergi, gömrük təhlükəsizliyi sahəsində proqramlardan, eləcə də Aİ-nin məşğulluq və sosial innovasiyalar, səhiyyə, mülki müdafiə mexanizmi və media üzrə proqramı və sairdən gedir.
Maliyyələşdirmənin ümumi məbləği 1,5 milyon avro təşkil edəcək. Müqavilə üzrə tapşırıqların icra müddəti iki ildir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay