BAKU Azərbaycan
10.03°C
  • USD
    1.7
  • EUR
    1.7815
  • RUB
    1.6346
  • TRY
    0.0491
  • GBP
    2.134
29293

ABŞ-ın Aviasiya və Kosmik Agentliyinin (NASA) kosmik uçuşlar zamanı ölənlərin sayını açıqlayıb.

Valyuta.az xəbər verir ki, NASA-nın Təhlükəsizliyi və Uçuş Təhlükəsizliyi Direktorunun müavini Naycel Pakham kosmos missiyası və ya yer sınaqları zamanı 21 astronavtın öldüyünü bildirib. Bu barədə "Live Science" məlumat yayıb.

Sietldəki Vaşinqton Universitetinin Aeronavtika və Astronavtika professoru Cim Hermanson üç NASA və iki Sovet İttifaqı kosmos missiyası da daxil olmaqla ümumilikdə beş səyahət zamanı ölümlərin olduğu haqda bəyanat verib.

NASA-nın kosmosa göndərdiyi uçuşlar zamanı iki ölümlə nəticələnən qəza baş verib və ilk belə hal 1986-cı ilin yanvarında “Space Shuttle Challenger”in havaya qalxmasından 73 saniyə sonra raketin havada partlaması nəticəsində yaşanıb. Qəzada həyatını itirən yeddi nəfərlik heyətdə astronavtlardan başqa Nyu-Hempşir ştatından olan müəllim Krista Makaulifin də, NASA-nın Kosmosda Müəllim Layihəsi çərçivəsində komandaya daxil edildiyi bildirilib. Qəzanın Kanaveral burnunda yaşanan qeyri-adi soyuq hava səbəbindən bəzi materiallarının elastikliyini itirməsi nəticəsində baş verdiyi söylənilib. Bəzi NASA mühəndislərinin xəbərdarlığına baxmayaraq, uçuşu gecikdirməyən rəhbərliyin qismən günahkar olduğunu qeyd edən Hermanson açıqlamasında, "İsti qaz sızdı və yanacaq çənində yanğın başladı. Nəticədə böyük partlayış oldu" - sözlərini işlədib.

NASA-nın ikinci ölümcül kosmik qəzası 2003-cü ilin fevralında Kolumbiya Kosmik gəmisi atmosferə yenidən daxil olarkən baş verib. Gəmi partlaması yedi nəfərlik heyətin məhvi ilə nəticələnmişdi. Pakham qeyd edib ki, raket havaya qalxarkən köpük izolyasiya materialı qoparaq gəminin qanadını zədələyib və nəticədə zədələnmiş qanad atmosferin girişində meydana gələn çox yüksək temperaturlara tab gətirə bilməyərək parçalanıb. Pakham qəzaların yalnız uçuş zamanı baş vermədiyini də ifadə edib. O, "Apollo 1" gəmisində üç nəfərlik heyətin uçuşdan əvvəl sınaq zamanı kabinədə çıxan yanğın nəticəsində həlak olduğunu deyib.

Sovet İttifaqı dövründə dörd kosmonavtın həyatını itirdiyini bildirən Pakham, ilk ölümcül qəzanın 1967-ci ildə baş verdiyini söyləyib. O, "Soyuz 1" kosmik gəmisinin eniş zamanı paraşüt səhvi səbəbindən yerə çırpıldığını, həmin qəzada bir nəfərin həyatını itirdiyini xatırladıb. Pakham qəzaya səbəb kimi, kosmos missiyasının başlanğıcında nəqliyyat vasitəsinin hələ hazır olmamasına və uçuşa nəzarət qrupunun paraşütlərdə nasazlığının yarana biləcəyindən xəbərdar olmalarına baxmayaraq, siyasi bir hadisə ilə eyni vaxta düşməsi üçün həyata keçirilən uçuşun qəzaya səbəb olduğunu iddia etdi.

Hermanson üç kosmonavtın həyatı bahasına atmosferdən kənarda baş verən yeganə qəzanın 1971-ci ildə Sovet İttifaqının kosmos missiyası olduğunu bildirib. NASA-nın məlumatına görə Sovet İttifaqının qurduğu ilk kosmos stansiyasında üç həftədən çox vaxt keçirən kosmonavtların Yerə getmək üçün stansiyanı tərk etdiklərini qeyd edən Hermanson, kosmik gəmidə təzyiq düşməsi meydana gəldiyini, bu səbəbdən skafandrları geyməyən insanların öldüyünü deyib.

Bu günə qədər təxminən 650 adamın kosmosda uçduğunu və bu rəqəmin artacağını əlavə edən Packham, kosmos missiyalarının heç vaxt risksiz olmayacağını qeyd edib.

Elmir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

Son xəbərlər

"BUTAMED MEDİKAL" məhkəmə qarşısında

Vaxtı ölçmək üçün yeni üsul tapıldı - Başlanğıc nöqtəsi tələb etmir

Valyuta tənzimi qaydalarını pozan şirkət cərimələndi

Elm və Təhsil Nazirliyi 10 milyona yanğından mühafizə sistemi quraşdırır

"İçərişəhər" Muzey Mərkəzi 8000 manat cərimələnə bilər

BMW 2000-ci illərin simvolik idman avtomobilini yenidən istehsal etdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

1 milyonluq vergi borcu qalmaqalı - "Şəmkir Un-Yem" Dövlət Vergi Xidmətini məhkəməyə verdi

"Xiaomi" öz prosessorunu buraxacaq - Yeni ildən yeni smartfonlar

"HP" və "Dell"in maliyyə hesabatları gözləntiləri doğrultmadı

"CHINA CAR"a protokol yazıldı

"Volkswagen" Çindəki zavodunu satışa çıxarır

Avropa müharibə başlayandan ən soyuq qışı yaşayır - Böhran gözlənilir

Qəhvə birjasında qiymətlər son 50 ilin maksimumuna çatıb

Xatirə kitabı Merkelə milyonlarla avro qazandıracaq

MTK ilə icra hakimiyyəti arasında nə baş verib?

Amerika hava yolları əlavə xidmətlərdən milyardlar qazanır

Xaricdən mebel alışında 26 milyon dollarlıq artım - Rəqəmlər

"Yelo Bank"ın əməkdaşı həbs edildi: 3,5 milyonluq mənimsəmə

Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır

Nigahla bağlı tibbi müayinə üçün 430 min manatlıq reaktiv alınacaq

Məşhur estetik mərkəz cərimələnə bilər

Trampın kriptovalyuta tənzimləməsi ilə bağlı DETALLAR

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

Bakıda ən yüksək və aşağı pensiya bu rayonlardadır - Cədvəl

AYNA mebel və jalüz almaq üçün 350 min manat ayırıb

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Qarabağdakı bu torpaqlar icarəyə veriləcək - Prezident təsdiqlədi

Növbəti bələdiyyə seçkilərinin vaxtı açıqlandı

"Bakı Metropoliteni" 90 min manatlıq gül alır

"Playstation" klub açmaq üçün nə lazımdır?

Rektor işdən çıxarıldı (SƏRƏNCAM)

Bütün xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin