Hindistan 15 il sonra ilk dəfə buğda ehtiyatlarının saxlanılmasına məhdudiyyət qoydu
Hindistan hökuməti 2008-ci ildən bəri ilk dəfə olaraq istehsalçıların və tədarükçülərin anbarda saxlamasına icazə verilən buğdanın miqdarına məhdudiyyətlər qoyub.
Valyuta.az Hindistanın Qida və İctimai Bölüşdürmə Nazirliyinə istinadən xəbər verir ki, hakimiyyət orqanları inflyasiya ilə mübarizə üçün belə bir addım atıb.
“Hindistan hökuməti ərzaq təhlükəsizliyini təmin etmək, yığım və möhtəkirliyin qarşısını almaq məqsədilə ölkənin bütün regionlarında topdan və pərakəndə satış üçün buğda ehtiyatlarının, iri pərakəndə satış şəbəkələrinin, təkrar emal müəssisələrinin həcminə məhdudiyyətlər qoymaq qərarına gəlib", deyə nazirliyin açıqlamasında bildirilir.
İdarənin qərarı iyunun 12-dən qüvvəyə minib və martın 31-dək qüvvədə olacaq. Sənədə əsasən, buğdanın istehsalı, emalı və satışı ilə məşğul olan bütün təsərrüfat subyektləri üçün onun ehtiyatlarının yol verilən həcmlərinə müxtəlif məhdudiyyətlər qoyulur. Müəyyən edilmiş normaların pozulması aşkar edildikdə, 30 gün ərzində aradan qaldırılmalıdır.
Nazirlik açıqlamasında bildirib ki, bu tədbir qiymətlərin sabitləşməsi üçün tətbiq edilir. “Times of India” qəzetinin yazdığına görə, Hindistan hökumətinin belə bir addımı həm də 2024-cü ildə keçiriləcək parlament seçkilərini nəzərə alaraq, buğdanın qiymətinin daha da artmasının qarşısını almaq istəyi, habelə musson yağışlarının ölkəyə gec gəlməsi qorxusu ilə bağlı ola bilər. Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyinin proqnozlarına görə, 2022-2023-cü illərdə (yığım iyunda başa çatır) məhsul yığımı tarixdə rekord göstərici olacaq və demək olar ki, 113 milyon ton təşkil edəcək.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay