Almaniyada xəbərdarlıq: Torpaqlar 2 metr quruyub, meşə yanğını təhlükəsi 5-ci dərəcəyə çatdırılıb
Almaniyada bu yay temperaturun 44 dərəcəyə çatacağını proqnozlaşdıran meteoroloqlar quraqlıq xəbərdarlığı edib.
Avropa ölkələri həddindən artıq istilər səbəbindən quraqlıqla mübarizə aparır. Almaniyada aprel ayında təsirli olan şiddətli yağışlardan sonra yağışlar may ayından etibarən təsirini azaldıb. Xüsusilə ölkənin şərq rayonlarında çox az yağıntı qeydə alınıb.
Valyuta.az xəbər verir ki, may ayı ərzində paytaxt Berlində hər kvadratmetrə cəmi 12 litr yağıntı düşüb, son 4 həftədə yağıntı olmayıb. Rəsmilər Almaniyada son 5 ildə təsirli olan həddindən artıq isti hava və az yağıntı səbəbindən quraqlıq təhlükəsinin artdığını bildirib.
Xüsusilə 2022-ci ilin çox isti keçdiyi Almaniyada quraqlıq son 50 ilin ən yüksək səviyyəsinə çatmışdı. Bir çox əkinçilik sahələri mənfi təsirləndiyindən, quraqlıq səbəbiylə bir çox nöqtədə başlayan meşə yanğını günlərlə söndürülə bilməmişdi. Meteoroloqlar xəbərdarlıq ediblər ki, bu il ölkədə isti və quraq yay mövsümü keçəcək.
İyunun əvvəlindən havaların qəfil isinməyə başladığı Almaniyada ayın sonuna doğru temperaturun 33-35 dərəcəyə çata biləcəyi qeyd edilib. ABŞ meteoroloqları xəbərdarlıq ediblər ki, iyunun sonunda Almaniyanın cənub-qərbində temperatur 44 dərəcəyə çata bilər.
Ətraf Mühitin Tədqiqatları Mərkəzinin (UFZ) məlumatına görə, Almaniyanın şərqində və Aşağı Saksoniya əyalətində torpaqlar 2 metr dərinliyə qədər quruyub. Ölkənin şimal-şərq bölgələrində meşə yanğını təhlükəsi 5-ci dərəcə qırmızı həddə çatdırılıb. Ölkə tarixində ötən il baş vermiş ən ciddi meşə yanğınlarının bu il də təkrarlanacağından ehtiyatlanır.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay