"Samsung"un keçmiş meneceri rəhbəri şirkət sənədlərini oğurlamaqda ittiham edildi - Həbs olundu
Cənubi Koreyanın Suvon prokurorları "Samsung"un keçmiş top-menecerini Çində öz mikroçip fabrikini qurmaq üçün şirkət sənədlərini oğurlamaqda ittiham edib.
Valyuta.az "The Korea Herald"a istinadən xəbər verir ki, bu zavod "Samsung"un sənaye obyektinin nüsxəsi və orijinala yaxın olmalı imiş.
2018-ci ilin avqustundan 2019-cu ilin əvvəlinə qədər adı açıqlanmayan keçmiş top-menecer "Samsung" fabrikinin 8 mərtəbəsi üçün əsas avadanlıqların yerini göstərən planları, həmçinin mikroçiplərin istehsalı üçün lazım olan texnologiyaları təsvir edən sənədləri oğurlayıb. Bütün bunları o, Çinin Sian şəhərindəki "Samsung" zavodundan 1,5 km aralıda zavod tikməli olan öz podratçısına təhvil verib.
AP-nin istinad etdiyi Suvon Rayon Prokurorluğundan verilən açıqlamaya görə, texnologiya oğurluğundan dəyən ziyan 233 milyon dollar ola bilər.
Cənubi Koreya prokurorlarının sözlərinə görə, müttəhim 18 il "Samsung"da işləyib. Daha sonra, 10 il ərzində o, mikrosxemlərin istehsalı üzrə ixtisaslaşan "SK Hynix"də rəhbər vəzifələrdə çalışıb. İşdən çıxarıldıqdan sonra Çin və Tayvan investorlarının dəstəyi ilə Çin və Sinqapurda öz çip istehsalını yaradıb. Top-menecerdən başqa, zavodun tikintisi üçün işə götürülən və texnologiyanın oğurlanmasında “aktiv iştirak edən” daha 6 nəfərə qarşı ittiham irəli sürülüb. Lakin onlar indiyədək həbsdən yaxa qurtara biliblər.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay