Pakistan Rusiya neftinin pulunu Çin yuanı ilə ödədi
Pakistanın Kəraçi şəhərində Moskva ilə İslamabad arasında bağlanmış yeni müqaviləyə əsasən endirimlə gələn Rusiya xam neftinin ilk partiyasını boşaltmağa başlayıblar.
Valyuta.az xəbər verir ki, Pakistan bu yükün pulunu Çin yuanı ilə ödəyib. Bu barədə "Reuters" agentliyinə Pakistanın neft naziri Musadiq Malik bildirib. Lakin o, sazişin kommersiya detallarını açıqlamayıb.
"Biz müxtəlif məhsul qarışıqlarını yenidən sınaqdan keçirdik və heç bir halda bu xam neftin emalı zamanı itki olmayacaq" deyə nazir bildirib. Malik müqavilənin qiymətini və neftə edilən endirimi açıqlamayıb.
"İndi limanda Rusiya neftinin bir partiyası boşaldılır. Biz əminik ki, saziş kommersiya baxımından sərfəli olacaq", deyə nazir Moskva ilə razılaşmanı şərh edib.
"Əsasən Pakistanın ixrac ödəniş siyasətində ABŞ dolları ilə hesablaşmalar üstünlük təşkil edir", deyə "Reuters" qeyd edir.
Rusiya yanvar ayında neftinin və neft məhsullarının Pakistana tədarükü ilə bağlı “konseptual razılaşmalar” imzalayıb. İslamabad Rusiyadan idxalın gələcəkdə xam neftə olan tələbatının 35%-ni ödəyəcəyini gözləyir.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay