Macarıstan türkmən qazına "göz dikib"
Macarıstan Türkmənistandan qaz tədarükü üçün infrastrukturun yaradılmasında maraqlıdır.
Valyuta "İnterfax"a istinadən xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
"Türkmən təbii qazı bunda mühüm rol oynaya bilər, lakin Avropada adekvat nəqliyyat marşrutları yoxdur. Biz infrastrukturun yaradılmasında maraqlıyıq ki, türkmən qazı Avropaya və Macarıstanın enerji balansına inteqrasiya olunsun", deyə nazir bildirib.
Macarıstanın beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç isə öz növbəsində "Twitter"də yazıb ki, Siyarto Ukrayna hadisələri və sonradan tətbiq edilən sanksiyalar nəticəsində Avropanın enerji böhranını aradan qaldırmaq üçün yeni enerji mənbələrinin cəlb edilməsinin zəruriliyindən də danışıb.
Kovaç qeyd edib ki, Siyartonun Türkmənistana səfəri zamanı sərmayələrin qorunması, ali təhsil və diplomatik kadr hazırlığında əməkdaşlıq da daxil olmaqla bir sıra mühüm ikitərəfli sazişlər imzalanacaq.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay