Təyyarə qəzaya uğradı, uşaqlar 40 gün sonra sağ tapıldı
40 gün əvvəl Kolumbiyada Amazon cəngəlliyində təyyarə qəzasından sonra yoxa çıxan dörd uşaq tapılıb.
Valyuta.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb. Məlumatda uşaqların sağ-salamat tapıldığı və gərgin axtarışlara yekun vurulduğu bildirilib.
Prezident Qustavo Petro Kubadan Boqotaya qayıtdıqdan sonra jurnalistlərə bildirib ki, uşaqlar tapılarkən tək olublar və hazırda onlara tibbi yardım göstərilir. Pedro gənclərin “sağ qalma nümunəsi” olduğunu söyləyib və onların dastanının “tarixdə qalacağını” deyib.
Qəza mayın 1-də səhər saatlarında, yeddi sərnişin və bir pilotu olan "Cessna" adlı təkmühərrikli pərvanəli təyyarənin mühərrik nasazlığı səbəbindən baş verib. Fövqaladə hal elan ediləndən qısa müddət sonra təyyarə radardan çıxıb və Amazon meşəliyinə düşüb. Nəqliyyat vasitəsində yer alan üç böyük sərnişinin cəsədləri ərazidə tapılıb. Qəzadan iki həftə sonra, mayın 16-da axtarış qrupu təyyarəni tropik meşənin qalın hissəsində tapıb və böyüklərin cəsədlərini çıxarıb, lakin uşaqlar heç yerdə tapılmayıb. Axtarışçılar sağ qala biləcəklərinə ümid etdikləri, yaşları 13, 9, 4 və 11 aylıq olan dörd bacını tapmaq üçün 150 əsgər və itlərlə birlikdə təyyarənin düşdüyü əraziyə gedib. Yerli qəbilələrdən olanlar da onlara könüllü şəkildə kömək edib.
Cümə günü sosial şəbəkələrdə termal yorğanlara bürünmüş uşaqlarla poza verən bir qrup əsgər və könüllünün şəkillərini paylaşıblar. Əsgərlərdən birinin şüşəni ən kiçik uşağın dodaqlarına tutması anı da fotolarda yer alıb.
Kolumbiyanın hərbi komandanlığı "Twitter" hesabında, “Səylərimiz və birliyimiz sayəsində bu mümkün oldu" - açıqlamasını verib.
Elmir
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay