Bu ölkədə 13,6 milyon uşağın humanitar yardıma ehtiyacı var - UNICEF
Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu (UNICEF) Sudanda 13,6 milyon uşağın humanitar yardıma ehtiyacı olduğunu bildirib.
Valyuta.az xəbər verir ki, BMT-nin sözçüsü Stefan Dujarrik gündəlik mətbuat konfransında UNİCEF-dən Sudanla bağlı əldə etdiyi məlumatları çatdırıb.
Sudanda milyonlarla uşağın ölkədə davam edən qarşıdurmalardan əziyyət çəkdiyini bildirən Dujarrik münaqişənin başladığı gündən indiyədək 70 azyaşlının həyatını itirdiyini bildirib.
UNİCEF və Beynəlxalq Qızıl Xaç Komitəsinin Xartumdakı uşaq evindən 300-ə yaxın uşağı təhlükəsiz bölgələrə təxliyə etdiyini bildirən Dujarrik uşaqlar üçün himayədar ailələrin axtarıldığını qeyd edib.
"Sudanda 13,6 milyon uşağın humanitar yardıma ehtiyacı var", deyə BMT rəsmisi bildirib.
Digər tərəfdən, BMT və humanitar yardım könüllülərinin Sudanda yardım əməliyyatlarını davam etdirdiklərini ifadə edən Dujarrik maneələrin aradan qaldırılması üçün ölkə səlahiyyətliləri ilə danışıqların davam etdiyini bildirib.
Paşa Məmmədli
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Son xəbərlər
Ən çox oxunanlar
- Bu gün
- Bu həftə
- Bu ay